2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimli növbəti görüşünü keçirib. O, bu dəfə Mədəniyyət evində Zaqatala rayon ictimaiyyətinin nümayəndələri ilə bir araya gəlib.
Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub. Birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanların xatirəsinə ucaldılmış kompleks ziyarət olunub. Daha sonra görüş Mədəniyyət evində davam etdirilib.Azər Kərimli giriş nitqində budəfəki seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azər Kərimli seçicilərlə görüşdə ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb.