Bakıda “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi” (GXSSD) tərəfindən təşkil edilən Azərbaycan gözəllik salonları sahibkarların ilk konfransı uğurla başa çatdı. Tədbirdə 150-dən çox gözəllik salonu sahibkarları, dövlət qurumları nümayəndələrinin və sektor mütəxəssislərinin iştirakı ilə gözəllik səhasinsə aktual problemləri və gələcək inkişaf perspektivləri müzakirə edildi.
Sabahinfo.az xəbər verir ki, konfrans gözəllik salonları sahibkarları üçün strateji inkişaf yollarının müəyyənləşdirilməsi və sektorda mövcud problemlərin həlli məqsədilə mühüm platformaya çevrildi. Tədbir çərçivəsində aşağıdakı mövzular diqqət mərkəzində oldu:
* Statistik Məlumatlar: Azərbaycanda gözəllik salonları sektorunun hazırkı vəziyyəti və inkişaf potensialı təhlil edildi.
* Əsas Problemlər: Vergi yükü, lisenziyalaşdırma ilə bağlı çətinliklər, peşə təlim imkanlarının məhdudluğu və sektor üçün standartların olmaması kimi məsələlər gündəmə gətirildi.
* Təkliflər və Həll Yolları: Dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürüldü.
* Qadın Sahibkarlığı: Qadınların iş dünyasındakı rolu, onların iqtisadi və sosial inkişafdakı əhəmiyyəti vurğulandı.
Tədbirdə dövlət qurumların nümayəndələri iştirak ediblər. Onlar sektorda islahatların zəruriliyini və dövlət dəstəyinin əhəmiyyətini vurğulayıblar.
GXSSD-nin sədri Elnarə Nəhmədova çıxış edərək bildirdi ki, Assosiasiya olaraq məqsədimiz sektorun inkişafını dəstəkləmək, salon sahiblərini strateji və müasir yanaşmalarla gücləndirməkdir. Dövlət qurumları ilə əməkdaşlıqda atılacaq addımlar sektorun gələcəyinə işıq salacaq.
Konfrans, iştirakçılar arasında yeni əməkdaşlıqların qurulması və gələcək fəaliyyət planlarının müzakirəsi ilə yekunlaşdı.
Tədbirin sonunda gözəllik salonlarının inkişafı üçün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi bir daha vurğulandı.