Prezident İlham Əliyev 12-ci Qlobal Bakı Forumunda açıq şəkildə bəyan etdi ki, biz onların hər hansı bir sözünə inanmırıq.
Əslində bu illər ərzində qeyri-ciddi, ziddiyyətli bəyanatlar verən Ermənistan rəhbərliyi bu davranışlarla özünə olan etimadı itirib.
Dövlət başçımız da bildirdi ki, “onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır.”
Rəsmi Bakı haqlı olaraq qarşı tərəfdən ana qanunda dəyişikliyi tələb edir. Ermənistan tərəfi hər nə qədər sülh danııqları ilə bağlı mətn üzrə razılıq əldə olunduğunu iddia etsə də Azərbaycanın haqlı tələb və şərtlərini yerinə yetirməyə məcburdur.
“Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?” deyən dövət başçımız Ermənistanın sülhdən çox müharibəyə hazırlaşdığını bəyan etdi.
Biz Ermənistan rəsmilərinin Hindistana, Fransaya intensiv səfərlərini, silahlanma siyasətini davam etdirdiyini görürük. Bu, bir daha Ermənistan və onun havadarlarının əsas niyyətini anlamaq üçn kifayət edir.
Bütün sülh təşəbbüslərinin müəllifi Azərbaycan olduğu halda Ermənistandan məqsədli şəkildə sülh göyərçini düzəldənlərin kimliyini açıqlayan dövlət başçımız bildirdi ki, bu missiyanı bu gün bəzi Avropa bürokratları həyata keçirir. Yəni, Azərbaycan pezidentinin söylədiyi kimi,
“onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir”.
Bütün təhdid və maneələrə rəğmən Azərbaycan Cənubi Qafqazda sülhə nail olmaq istəyir. Ermənistan da regondakı mövcud imkanlara sülh reallığından yanaşmalı, adekvat mövqe səgiləməlidir.
Könül Nurullayeva
Milli Məclisin deputatı