Ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Sevindirici haldır ki, ötən otuz illik dövr ərzində ikitərəfli əlaqələrimiz daha da möhkəmlənib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf edib.
Sabahinfo.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə İordaniya Kralı II Abdullah ibn Al Hüseynə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda deyilir: “Bu gün müxtəlif sahələrdə əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə edərək birgə səylərimizlə əlaqələrimizin daha da inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəyik”.