Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük tarixi hadisədir və mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan imzalanmış 3 tərəfli bəyanata sadiq qalaraq bütün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ölkə rəhbəri bu müddət ərzində dövlətimizin məramını beynəlxalq tribunalarda qəti şəkildə bildirib. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Azərbaycan öz ərazisində atacağı addımları kimləsə müzakirə etməyəcək. Bunu birmənalı olaraq erməni hakimiyyəti, separatçılar və onlara havadarlıq edən qüvvələr bilməlidirlər!
Müşfiq Məmmədli
Milli Məclisin deputatı