Azərbaycan Prezidenti: "Orta dəhliz"in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir"

"Orta dəhliz"in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir. Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Transxəzər marşrutunun ötürücülük qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdıra bilərik”.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə deyib.

Prezident İlham Əliyev AQFET sammitinə dəvətə və qazax xalqına xas qonaqpərvərliyə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib: "Qardaş Qazaxıstana səfər etdiyinə görə çox şadam. Sizi həm də baş tutmuş sammitin yaxşı nəticələrinə görə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq aləmdə oynadığı rolun və ölkənizin yüksək nüfuzunun növbəti təzahürüdür".