Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana baş tutan rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığını göstərdi. Səfər çərçivəsində ümumilikdə on sənəd imzalanmışdır ki, bu sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.
Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq aranada nüfuzunu daha da artırıb. Dünyanın supergücləri və nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın apardıgı müstəqil siyasəti qəbul edir, bir çox beynəlxalq məsələlərin həllində Azərbaycanın mövqeyi ilə razılaşırlar. Ölkəmiz sistemli diplomatik əlaqələr qurmaqla, həmçinin bütün türkdilli dövlətlər arasında da səmimi dostluq və qardaşlıq münasibətlərinin formalaşması, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir.
Bugün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.
Birgə bəyanatlarda səslənən fikirlər və imzalanan sənədlər bundan sonra da iki ortaq kökə malik ölkə arasındakı münasibətlərin inkişaf etdiriləcəyinə əminlik yaradır. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr bundan sonra da müxtəlif sahələr üzrə daha da genişlənəcək.
İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı