“Sosial Dövlət Naminə” İctimai Birliyi “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində Bakı şəhəridə daxil olmaqla regionlarda həyata keçirmək üçün təqdimat və müzakirələrə başlayıb.
Sosialdovlet.az “Sosial Dövlət Naminə” İctimai Birliyindən verilən məlumata istinadən bildirir ki, birliyin sədri Faiq Əhmədov “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsinin həyata keçirilməsi üçün regionlarda təqdimat və müzakirələrə başlayıb.
Sentyabrın 23-də “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri və “Azərbaycan sosial dövlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun rəhbərliyi ilə könüllülərdən ibarət layihə komandası, ictimai fəallar Bərdə Rayonuna səfər etmişdilər.
Layihə çərçivəsində Bərdə rayonundakı şəhid, milli qəhrəman Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbinin akt zalında, layihə fəaliyyət planına uyğun olaraq, ilk tədbir keçirilmişdir. Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı rayon ictimaiyyətinin nümayəndələri, qazilər, şəhid anaları və onların ailə üzvləri, digər kateqoriyadan olan vətəndaşlar iştirak etmişdilər.
Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədr müavini Rauf İlyasoglu açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himnimiz səsləndirilmiş və vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi.
Rauf İlysoğlu “Sosial Dövlət Naminə” İctimai Birliyin son iki ildə gördüyü əvəzsiz xidmətlərdən danışdı və sonra cıxış üçün sözü Azərbaycan Respublikası “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri, “Azərbaycan Sosial Dövlətə Doğru layihəsinin rəhbəri, şair-publisist Faiq Əhmədova vermişdir.
Hər zaman şəhid analarının, qazilərimizin yanında olan, onlara öz diqqət və qayğısını əsirgəməyən “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, layihə rəhbəri Faiq Əhmədov çıxış edərək birliyin gördüyü işlər barədə və eyni zamanda tədbirdə iştirak edən vətəndaşlara hədiyyə olunan məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə geniş məlumat vermişdir.
Sonra “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikası üzrə Qadınlar Şurasının sədr müavini, şəhid Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova, QHT-nin Bərdə rayon təşkilatının sədri Nərgiz xanım Cəfərova, İdarə Heyətinin üzvü Saleh Hacıyev və digər çıxışçılar söz alaraq qeyd etmişdilər ki, bu gün “Sosial Dövlət Naminə” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan sosial dövlətə doğru” kiçik qrant layihəsi vətəndaşlar və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərin, sosial sahədə ölkədə görülən böyük işlərin, qəbul edilən proqramların, yeni imkanların, yaradılmasına xidmət edir.
Daha sonra, tədbirdə iştirak edən vətəndaşların sualları cavablandırılaraq, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.
Tədbirin sonda xatirə şəkilləri çəkilmişdir.
İlahə Məmmədova,
“Sosial Dövlət Naminə” İctimai Birliyin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri