31 mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir. Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən son əsrlər ərzində məqsədyönlü şəkildə aparılan soyqırım, deportasiya və təcavüz dövlət səviyyəsində, siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə verilib. Ulu öndər Heydər Əliyevin 1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi etnik torpaqlardan kütləvi şəkildə deportasiyası haqqında 18 dekabr 1997-ci tarixli fərmanı ermənilər tərəfindən törədilən soyqırım və deportasiya siyasətinə hüquqi qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Həmin fərmanla 31 mart azərbaycanlılafrın soyqırımı günü elan edilib. 1918-ci ilin aprel-may aylarında Quba qəzasında çoxsaylı insanların kütləvi şəkildə və xüsusi amansızlıqlarla qətlə yetirilməsi ilə bağlı istintaq materiallarının araşdırılması məqsədi ilə habelə Nefçala rayonunun Girovdağ və Quba rayonun Spit kəndi yaxınlığında aşkar edilmiş Cinayət Məcəlləsinin müfaviq maddələri ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 26 may 2010-cu ildə cinayyət işi başlamaqla Azərbaycan Respublikası baş Prokurorluğuna tapşırılıb. İş üzrə çoxsaylı şəxslər o cümlədən hadisələrin bilavasitə şahidi olmuş insanlar və yaxud zərərçəkmiş insanların yaxınqohumları dindirilmiş, baxış, nümunə götürülməklə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Tarix Arxeologiya, Etnoqrafiya , Milli Arxiv İdarəsinə Respublika Dövlət Arxivinə, Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilmiş, Kompleks məhkəmə, tibbi ekspertiza və. s ekspertizalar təyin edilərək rəylər alınmış. Erməni millətçilərinin qəsbkarlarının törətdikləri soyqırımla bağlı maddi sübutlar aşkar edilərək toplanaraq cinayət işinə tikilib.
Həyata keçirilən istintaq o cümlədən 1918-20-ci illərdə AXC hökumətinin erməni qırğının tədqiqi ilə bağlı yaratdığı fövqaladə istintaq qurupunun, hadisə şahidlərinin 1918-ci ildə Bakı, Quba, Şamaxı qəzaları və digər bölgələrdə təşkil edilən soyqırımların o cümlədən vətəndaşların əmlaklarının Stepan Şaumiyanın rəhbərlik etdiyi Bakı Xalq Sovetinin təşkil etdiyi Ordu Briqadasının komandirləri və digər erməni millətçiləri tərəfindən məhz milli mənsubiyyət əsasında həyata keçirilən soyqırım olması sübuta yetirilib. Bu çox mühüm faktdır. Belə ki, 1918-ci ilin 30 mart-2 aprel tarixində Bakı şəhərində 12 mindən artıq azərbaycanlı qətlə yetirilib. Azərbaycanlılara məxsus 10 minlərlə ev sənaye, sosial mədəni abidələr dağıdılıb. Dini mərkəzlər məhv edilib. O zamanın məzənnəsi ilə əhaliyə 400 milyon rubl dəyərində maddi ziyan vurulub. Bakı şəhəri ilə eyni vaxtda Lalayanın rəhbərliyi ilə dağnaq qüvvələri tərəfindən Şamaxı şəhərində müsəlman evləri ticarət obyektləri təmamilə yandırılıb.
Şamaxıda 5 min obyektdən yalnız biri Realnıy Məktəbin binası salamat qalıb. Həmçinin Şamaxıda həyata keçirilən soyqırım zamanı 7 min azərbaycanlı onlardan 1653-ü qadın, 965-i uşaq olmaqla vəhşicəsinə öldürülmüşdür. Quba qəzası erməni millətçilərinin həyata keçirdiyi soyqırım siyasətinin növbəti qurbanı olub. Qubada həyata keçirilən soyqırım zamanı 2 min azərbaycanlı öldürülüb. 4 min rubl pul vəsaiti, 4 milyon 500 min manat məbləğində qızıl və qiymətli dağlar, mallar talan edilib. Qeyd olunan soyqırımın bariz sübutu 5 aprel 2007-ci ildə Quba şəhərində stadionda aparılan tikinti və yenidənqurma işləri zamanı aşkar edilən çoxsaylı insan sümüklərin olan kütləvi məzarlığın aşkar olunması faktıdır. Qeyd etməliyəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-ci il tarixli sərəncamı ilə həmin məzarlıqda Genosid Memorial Kompleksi yaradılıb. Həmçinin istintaq zamanı bu zamana kimi mövcud olan cinayət işləri materialalrın sürətlərinin çıxarılması, mətnləri müxtəlif dillərə tərcüməsi təmin edilib. Sənədlər toplusu kitabı nəşr olunub ki, bu kitabda cinayət işi materiallarına əlavə olunub. Soyqırımlarla bağlı məlumatların beynəlxalq və ölkə ictimayyətinə çatdırılmasında Baş Prokurorluq mühüm rol oynayıb. Onu da qeyd edim ki, 28 iyun 2012-ci ildə iş üzrə işin icraatı dayandırılsa da hazırda da soyqırımla bağlı araşdırma aparan ekspertlərlə mütəmadi olaraq əlaqə saxlanılır. Əldə edilən yeni faktlar işə əlavə olunur.
Əminə Ağazadə
Milli Məclisin deputatı