Azərbaycan və Türkiyədə gündəm olan şəxs danışdı - VİDEO

Azərbaycan və Türkiyə mediası gün içində bu sürücünü axtardı.

Qardaşımızın bu acı günündə birliyimizin, ürəyimizin Türkiyə ilə döyünməsinin simvoluna çevrildi. Çünki bu maşın sadəcə yorğan-döşək daşımırdı.

Azərbaycan xalqının Türkiyəyə sevgisini, ürək yanğısını daşıyırdı.

Sabahinfo.az xəbər verir ki, söhbət fəhlə işləyən 33 yaşlı Sərvər Bəşirlidən gedir.

Onun evi də maşını kimi köhnədir, amma sevgisi böyükdür, ürəyi dağ boydadır.

Təkcə özünün yox, elə ailəsinin, qohumlarının da...

Apardığı yorğan döşəyi, pal-paltarı qohum əqrəbadan toplayıb. Nələri var göndəriblər. Əsirgəməyiblər.

Onlar evsizliyin, çarəsizliyin nə olduğunu yaxşı bilirlər. Çünki Onlar Laçından olan məcburi köçkündülər...

Və bununla da kifayətlənmirlər. Bu gün yorğan döşək, qış paltarları, ayaqqabılarla dolub- daşan bu maşın sabah da Türkiyəyə qida yardımı aparmaq üçün bir daha dolacaq.

Əlbəttə, bütün Azərbaycan xalqı kimi onun da tək istəyi qardaşlarımızın acısına şərik olmaqdır.