Azərbaycan vətəndaşları İsraildən təxliyə olunacaq? - XİN-dən AÇIQLAMA

Hazırda Azərbaycan vətəndaşlarının İsraildən təxliyə olunması planlaşdırılmır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

"Təxliyə ilə bağlı kütləvi müraciətlər yoxdur. İstəyənlər mütəmadi reyslərlə gəlirlər", - deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.