Azərbaycanda 1 101 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.