Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

"Bu gün psixoloji xidmət istədiyimiz səviyyədə deyil. Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin instutisional səviyyədə həll olunmasının artıq vaxtı çatıb".

Sabahinfo.az xəbr verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, biz bu gün ailə məsələlərindən danışdan ən narahedici məsələ boşanmaların artmasıdır: "Son bir neçə ildə əmsalla qeyd estək 1,6-dan 2-yə çatıbsa, bu bizi narahat edir. Ailə daxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq. Ailə psixolou institutunun yaradılması ilə yanaşı ailə məhkəmələrinin yaradılması çox vacibdir. Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə orada psixoloqların, sosial işçilərin, hüquqşünasların birgə ailələrə dəstək göstərməsi, ailə çəkişmələrinin təsirlərinin azaldılması, eyni zamanda ailələrin bərpasına böyük dəstəyi olacaq".