Azərbaycanda bu dərmanlar BAHALAŞDI 

Gürcüstan 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 17,8 milyon ABŞ dolları dəyərində 417,26 ton dərman ixrac edib.

Sabahinfo.az Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 2,9 milyon və ya 19,4% artıb, həcmi isə 83,12 ton və ya 16,6% azalıb. Belə ki, 2022-ci ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 14,9 milyon dollar dəyərində 500,38 ton dərman ixrac edib.

Cari ilin ilk 9 ayı ərzində Gürcüstan ümumilikdə 82,1 milyon dollar dəyərində dərman ixrac edib ki, bu da illik müqayisədə 7,4% çoxdur.