Azərbaycanda keçiriləcək prezident seçkiləri Özbəkistan mediasının gündəmində

“Qalib Azərbaycan” Könüllü Təbliğat Qrupunun üzvləri jurnalist Fuad Hüseynzadə və Ədil Ədilzadənin Özbəkistanın nüfuzlu KİV-lərində Azərbaycanda bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar məqaləsi dərc edilib. Məqalə “Azərbaycan prezident seçkilərinə hazırlaşır” və “Zəfər seçkiləri” başlıqları ilə “Tnews.uz”, “Xabar.uz” və “Muzaffar.uz” saytlarında yayımlanıb. Həmçinin qrup üzvləri “Özbəkistan24” radiosunda seçki ilə bağlı çıxışlar ediblər.

Məqalə və radio çıxışlarında qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat verilib. Qeyd edilib ki, seçkilərin növbədənkənar keçrilməsinə səbəb Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı və 44 gün davam edən Vətən müharibəsi zamanı ölkənin ərazi bütövlüyünü təmin etməsi olub: “Üç il sonra – 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusu ölkə ərazisindəki bütün erməni separatçılarını təslim olmağa məcbur etdi. 30 il işğal altında saxlanılan Xankəndiyə Azərbaycanın üçrəngli bayrağı sancıldı. Suverenliyini tam bərpa edən Azərbaycanda yeni siyasi reallıqlar, yeni məqsəd və hədəflər yarandığı üçün növbəti mərhələdə ilk olaraq məhz prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edildi. Azərbaycanda prezident seçkiləri 7 ildən bir keçirilir”.

Həmçinin məqalədə növbədənkənar prezident seçkilərində 7 namizədin öz gücünü sınayacğı və onların arasında müxalifəti də təmsil edənlərin olduğu vurğulanıb: “Seçkilərdə favorit namizəd hazırkı ölkə başçısı cənab İlham Əliyevdir. Son iki yüz il ərzində Azərbaycan xalqına qələbə qazandırmış siyasi lider kimi tarixə düşən İlham Əliyev əmri ilə ordu ölkənin 20 faiz torpağını 30 il ərzində işğal altında saxlamış Ermənistan üzərində parlaq qələbə qazandı. Qarabağ və Şərqi Zəngəzurda əldə olunan qələbə Prezident İlham Əliyevin nüfuzunu artırdı. Çünki Qarabağ problem Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb edirdi”.

Yazıda Azərbaycanın iqtidarda olan hakim partiyasıının seçkilərə “Qalib Xalqın Qalib Lideri!” şüarı ilə getdiyi qeyd edilib: “7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində qalib gələcək namizəd yeni milli ideologiya ilə yeni dövrə başlayacaq. Bu ideologiya Azərbaycanın daha çox inkişafına, müdafiə gücünün atırılmasına, xalqın milli birliyinin daha da möhləmlənməsinə səbəb olacaq”.

Maqalədə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən səfirliklərdə fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görüldüyü qeyd edilib. Bildirlib ki, MSK-ya təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkinin bütün ölkə ərazisində keçiriləcəyinin xüsusi olaraq vurğulandığı yazıda bu seçkinin ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olduğu bildirilib: “Seçkilərdə cənab İlham Əliyevin yenidən prezident seçiləcəyinə heç bir yerli və xarici siyasi analitik mərkəz şübhə etmir. Azərbaycan xalqı seçkilərə gedib İlham Əliyevə səs verməyi özlərinə borc bilirlər. Azərbaycan xalqının artıq öz seçimini etdiyini söyləmək mümkündür”.

Xatırladaq ki, “Qalib Azərbaycan” Könüllü Təbliğat Qurupunun məqsədi ölkə xaricində və daixlində Azərbaycan Respublikasının Prezidentliyə namizədi, müzəffər Ali Baş Komandan İlham Əliyevin namizəd kimi təbliğatına könülllü dəstək vermək, eyni zamanda xaricdəki soydaşlarımızı seçkidə iştiraka təşviq etməkdir. Jurnalistlər Fuad Hüseynzadə və Ədil Ədilzadənin təşəbbüsü ilə yaradılan qrupun fəaliyyəti çərçivəsində dünyanın müxtəlif nüfuzlu KİV-lərində, eləcə də diaspor təşkilatlarının saytlarında yazılar dərc olunur.

 

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

http://tnews.uz/galaba-saylovlari/

https://xabar.uz/ru/xorij/azerbaydjan-gotovitsya-k-prezidentskim-vboram

http://muzaffar.uz/yangiliklar/5699-galaba-saylovlari.html