Azərbaycanda kreditlərlə bağlı yenilik

Azərbaycanda istifadəçilərə maliyyə vasitəçiləri olmadan borc alıb-verməyə imkan verəcək yeni platforma yaradılır.

Sabahinfo.az bildirir ki, bunu Bakıda V İnvestisiya yarmarkasında "Maliyyə” startapının həmtəsisçisi Cəfər Babayev deyib.

O, qeyd edib ki, bu yolla kreditləşmə maksimum şəkildə avtomatlaşdırılacaq.

Onun sözlərinə görə, "Maliyyə” şirkətinin baş ofisi və filialları olmayacaq: "Bu layihə sayt və mobil tətbiqdən ibarət olacaq. Qeydiyyatdan keçən şəxs reytinq yığacaq və bu reytinq onun hansı həcmdə kredit ala və verə biləcəyini müəyyənləşdirəcək”./trend/