Sabirabadda məktəbli intihar edib.
Adalet.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
Kənd sakini, 16 yaşlı Nicat Bəhlul oğlu Əlizadə yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.
N.Əlizadənin 11-ci sinif şagirdi olduğu, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.