Azərbaycanda meymunçiçəyi qeydə alınıb? - RƏSMİ

“Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən yarana biləcək xəstəlik və qlobal infeksiyalarla əlaqədar tədbirlər görülür”.

Sabahinfo.az xəbər verir ki, bunu apa-ya meymunçiçəyi virusu ilə bağlı açıqlama verən TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

O deyib ki, dünyada baş verən prosesləri izləyirlər:

“Meymunçiçəyi infeksiyası diqqətimizdədir. Hazırda ölkəmizdə bu xəstəlik müşahidə edilməyib”.