Azərbaycanda şagird məktəbin binasından yıxıldı

İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Sabahinfo.az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb.

Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Hadisə nəticəsində məktəbli xəsarətlər alıb. 

Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır.