Azərbaycanda yenə ZƏLZƏLƏ OLDU

İsmayıllı rayonunda zəlzələ olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar saat 02:50-də İsmayıllı stansiyasından 4 km şimalda qeydə alınıb.

Qeyd olunub ki, maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.