Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş verib.
Bu barədə Sabahinfo.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Məlumata görə, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.
Zəlzələ ocağının dərinliyi 68 km olub..
Yeraltı təkanın episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.
***
Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Sabahinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ hiss olunub.
***
08:20
Azərbaycanda zəlzələ olub.
Bu barədə Sabahinfoaz-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ yerli vaxtla 08:15-də baş verib.
İlkin məlumatlara görə, 5 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.