Azərbaycanın beynəlxalq nüfuzu daha da artır    

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfərləri Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, dünyəvi proseslərdə Azərbaycanın daha fəal iştirakının təmin edilməsi, onun ikitərəfli və çoxtərəfli münasibətlər müstəvisində daha böyük inam və etimadla əhatələnməsi baxımından gərəklidir.

Müstəqil Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr Macarıstanın Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra – 1992-ci il aprelin 27-də qurulub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 29-da Macarıstana rəsmi səfəri bu ölkələr arasında münasibətlərin daha da yaxşılaşdırılması baxımından səmərəli oldu. Macarıstanın Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfərində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdən sonra iki ölkə arasında etimada və qarşılıqlı inama əsaslanan əlaqələrin inkişafı baxımından mühüm sənədlər imzalandı.

Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirilməsi, Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olunması Azərbaycan ictimaiyyətini məmnun etmişidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı, çıxışında toxunduğu məsələlər Macarıstan ictimaiyyətinin diqqətini çəkmişdir. Bu iki məqam iki ölkə arasında qarşılıqlı etimadın və qarşılıqlı hörmətin təzahürüdür.

Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı da məxsusi qeyd edilib. Görüşdə Macarıstanın Baş naziri Viktor Orban böyük səmimiyyətlə Azərbaycanın tolerant dövlət olmaq etibarilə qazandığı nüfuzun, nüfuzla bir sırada uğurların zəmanəti ilə bu iki dövlət arasında əməkdaşlığı yüksək dəyərləndirdiyini də bildirdi...

Azərbaycan tolerant dövlət kimi tanınır. Bu tanınma onun nüfuzunu daha da artırır...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı