"Azərbaycanın kənd təsərrüfatı və turizm müəsisələrində yaşıl inkişafın təşviqi” layihəsinin icrasını uğurla davam edir

“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın kənd təsərrüfatı və turizm müəsisələrində yaşıl inkişafın təşviqi” layihəsinin icrasını uğurla davam etdirir.

Layihənin əsas məqsədi Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan 2030. Sosial-iqtisadi inkişafın “Milli Prioritetləri” sənədinin beş Milli Prioritetindən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi  üzrə qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün, özəl sektorun bu mühüm strateji məqsədə cəlb edilməsi məqsədilə, ölkəmizin kənd təsərrüfatı və turizm müəsisələrində yaşıl inkişafın təşviqi yolu ilə davamlı inkişaf və ətraf mühitə təsirlərin azaldılması üzrə biliklərin artırılmasından ibarətdir.

 Layihə respublikanın 5 rayonununda icra olunacaq. Yaşıl enerji ilə bağlı maarifləndirmə tədbirləri ( Beyləqan, Şəki, Samux, Qəbələ və İsmayıllı) rayonlarında  kənd təsərrüfatında çalışan fermərlərin və turizm şirkətləri rəhbərləri üçün  təşkil olunacaqdır. 

Layihə çərçivəsində  “Azərbaycanın kənd təsərrüfatı və turizm müəsisələrində yaşıl inkişafın təşviqi” adlı 300 ədəd kitabça nəşr edilmişdir. Layihə rəhbəri tərəfindən  təlimlərin nəzərdə tutulduğu ərazilərdəki  kənd təsərrüfatı və  turizm obyektlərinin siyahısı müəyyən edilmiş və təlimlərin keçirilməsi üçün seçilmiş     müəsisələrin  rəhbərliyinə    tədbirlərdə iştirakla  bağlı məlumat xarakterli müraciət məktubları göndərilmişdir.

Layihənin əhatə etdiyi rayonlarda təlimlərin təşkili üçün müvafiq icra hakimiyyətlərinə məlumat xarakterli müraciət məktubları göndərilmişdir.

Qeyd edilir ki, təlimlər Beynəlxalq ekspert  Rasim Məmmədov tərəfindən aparılacaqdır. Təlimlərə 200 nəfər fermer və turizm şirkətinin rəhbərləri cəlb olunacaqdır. Təlimlərə 16.09.2024-cü il tarixindən strat veriləcək.