Azərbaycanın qurtuluşu - 15 iyun!

Azərbaycanın milliyətinin qurtuluşu, 15 iyun tarixi, bu tarix Azərbaycanın milliyətinin qurtuluşunun, xalqın müstəqilliyinin və müqəddəratının qurtuluşa çatdığı gündür.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində rolu heç şübhəsiz bundan sonrakı 1000 illikdə belə Dünya və Azərbaycan var olduqca unudulmayacaq.
15 iyun tarixi hər bir Azərbaycanlının vətəndaşlığının qurtuluşa çatdığı gündür. Həmin dövr Azərbaycanın sosial-siyasi durumu, hərbi vəziyyəti, ölkə rəhbərliyində olan ama rəhbərlik anlayışı olmayanların səriştəsizliyi nəticəsində yüzminlərlə şəhid verərək qazandığımız hürriyətimiz yox olmaq təhlükəsi ilə üz-üzə qalmaq təhlükəsinin sona çatdığı gündür. Əlinə silah alan dövlət qurur, hakimiyyət devirir, mərkəzi dövlət idarəsi çökmüşdü. Belə bir zamanda gəlmişdi Heydər Əliyev Azərbaycan rəhbərliyinə. 15 iyun tarixi ona görə milli qurtuluş günüdür. Milliyətimizin, dövlətimizin xainlərin əlindən Ulu Öndər Heydər Əliyevin gəlişi ilə qurtulduğu gündür. Bu tarixi Azərbaycan gəncliyinin, gələcəyimiz olan gəncliyin, biz gənclərin qurtuluş günüdür . 15 iyun tarixi Azərbaycanlı adımızın tarixin tozlu səhifələrinə qarışılmasında qurtulduğu gündür.
Heç şübhə yoxdur ki, hər bir azərbaycanlı-gənci və yaşlısı 15 iyun tarixinin əhəmiyyətini anlayır, Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edir.
Azərbaycan xalqını 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edir, Ulu Öndər Heydər Əliyevi hörmət və ehtiramla yad edirik!

Taleh Mansurov
YAP üzvü, Gənclərin Töhfəsi İctimai Birliyinin Baş katibi