Azərbaycanın strateji inkişaf yolu

Prezident İlham Əliyev: “...mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq”

 Azərbaycan öz demokratik imicini möhkəmləndirməkdə, hüquqları, qanunları təkmilləşdirməkdə davam edir. İnsan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi Azərbaycanda hüquqi dövlət quruculuğunun strateji prioriteti sayılan məsələlərdəndir və ölkəmizin beynəlxalq hüquqi məkana inteqrasiyası intensiv sürətlə davam edir. Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

Dövlət müstəqilliyinin əldə olunmasından keçən illər ərzində, milli qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının konstitusion tənzimlənməsinin səmərəliliyinin artması Azərbaycanda qanunvericilik sisteminin beynəlxalq hüquq məkanına inteqrasiya istiqamətində aparılan fəaliyyət ardıcıl olaraq davam edir və etməkdədir. Bu gün Azərbaycanda fərdi, ictimai və dövlət maraqlarının optimal balansını ən yaxın gələcəkdə də təmin edə bilən, insan hüquq və azadlıqlarının reallaşdırılmasını dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur. Azərbaycan dövləti insan haqlarının təminatını özünün ali məqsədi kimi Konstitusiyada təsbit edib və beynəlxalq hüquq prinsiplərinin prioritetliyini xüsusi olaraq vurğulayıb.

 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Prezident İlham Əliyev 11.04.2018-ci il tarixli andiçmə mərasimindəki çıxışında bildirib ki, biz gələcəyə baxmalıyıq və baxırıq: “Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

 Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 ildən artıq müddətdə işğal altında saxladı. Uzun müddət Ermənistanla aparılan danışıqlar nəticə vermədi və sonda Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq işğal faktına son qoydu. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Lakin bu illər ərzində işğalçı Ermənistan dövlətinə qarşı heç bir cəza tədbiri görməyən, işğal əməlindən geri çəkindirməyən bir sıra  təşkilatların fəaliyyətlərinin obyektivliyinə şübhə ilə yanaşmağa böyük əsaslarımız var.

Azərbaycan vətəndaşlarının artıq böyük problemləri öz həllini tapıb. Hər şey dəyişib. Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil etmişdir. Artıq Azərbaycan vətəndaşının dövlətə, Prezidentə, parlamentə, qanunlara münasibəti dəyişib. Bu gün Azərbaycan vətəndaşı məsələni tamam başqa istiqamətdə qoyur... Bu gün Azərbaycan öz yolunu gedir. Bu, Azərbaycanın strateji inkişaf yoludir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, heç kim bizi bu yolumuzdan döndərə bilməz.

 

Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi