AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi qərəzli davranışların arxasında Fransa və erməni lobbiçilərinin ayırdığı qrantlar və maliyyələr, pula şirnikən siyasətçilər dayanır. Son 1 ildə baş verənlərə nəzər salmaq kifayətdir ki, AŞPA-nın Fransanın və erməni lobbisinin əlində oyuncağa çevrilmiş bir quruma çevrildiyini anlayasan.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məşhur Məmmədov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin bəyanatına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, ökəmizin heç bir kömək olmadan, təkbaşına ərazi bütövlüyünü bərpa etməsi və suverenliyini bərqərar etməsi bu qurumda çoxunun kürkünə birə saldı. Onlar güclü, qüdrətli Azərbaycan adına qısqanclıqla yanaşırlar.
Müstəqil Azərbaycanın təkbaşına beynəlxalq hüququn qəbul olunmuş normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etməsi Qərbin xoşuna gəlmədi:
"Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanla təhdid dili ilə danışmaq və onu nəyəsə məcbur etmək olmaz. Son addımları quruma etimadsızlıqdan başqa nəsə vəd etmir".