Azərbaycanla Ermənistan arasında növbəti danışıqlar Rusiyada olacaq

"Bakı ilə İrəvan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək".

Sabahinfo.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, hər iki tərəf buna razılıq verib: "Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir"

Ancaq Zaxarova danışıqların nə vaxt baş tutacağını açıqlamayıb.