Azərbaycanlı polislər raket zərbəsi nəticəsində xəsarət aldı

Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə bir neçə gün əvvəl Rusiya ordusu tərəfindən atılan növbəti ağır raket zərbələri nəticəsində azərbaycanlılar da xəsarət alıb.

Sabahinfo.az xəbər verir ki, bunlar Ukrayna Milli Polisinin Pokrovsk şəhəri üzrə əməkdaşları - baş çavuşlar Nurlan İntiqam oğlu Nuriyev və Rasim Fikrət oğlu Nuriyevdir.

Əslən Azərbaycanın Lənkəran şəhərindən olan hər iki azərbaycanlı polislər əmioğludurlar. Onlar xidmət zamanı Pokrovska endirilən raket zərbələri zamanı ağır yaralanıblar. Hər ikisinin vəziyyəti orta-ağırdır və vilayətlərdən birindəki hospitalda müalicə olunurlar./report