Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə sevinclə qarşılandı – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələri Türkiyəyə göndərilib.

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı da Türkiyəyə çatıb. 

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Çorum şəhər təşkilatının sədri Yusuf Ahlatçı və vətəndaşlar köməyə gələn azərbaycanlı qardaşlarını böyük sevgi və sevinclə qarşılayıb.

Həmin görüntüləri təqdim edirik