Azərbaycanlılara qarşı etnik nifrət nitqi yayan şəxslər Ermənistan dövləti tərəfindən himayə olunur.
Sabahinfo.az xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Elnur Məmmədov oktyabrın 30-da "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı keçirilən konfransda söyləyib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin etnik siyasəti nəticəsində “azərbaycanlılarla ermənilərin bir yerdə yaşaya bilmədiyi” təbliğatı bu gün də davam edir. Ermənilərin ideologiyalarında türklərə nifrət, onlara qarşı mübarizə aparmaq təlqin olunur. Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Koçaryan öz çıxışlarında vurğulayıblar ki, azərbaycanlılar və ermənilər uyğun deyil, onlar birgə yaşaya bilməzlər.