“Azərsu” ASC-də Köçəri Həsənov sindromu

“Azərsu”da yeni era başlayır. SABAHİNFO.AZ-ın əldə etdiyi məlumata görə, uzun müddətdiz sədrliz qalan ASC-də sədrlik uğrunda ciddi mübarizə gedir və bu mürizədə öndə olan tərəf hazırda sədrin vəzifələrini icra edən Köçəri Həsənovdur. 

Satyımıza daxil olan məlumata görə, ona verilən imzaknalrdan istifadə edən K.Həsənov artıq ASC daxilində kadr dəyişikliyini həyata keçirir. Maraqlı məqam isə ondan ibarətdir ki, kard islahatı adı altında həyata keçirilən prosesdə K.Həsənovun qohumları, yerliləri və tələbə yoldaşları önə çəkilir. Onlara baş mühəndislik kimi önəmli görəvlər verilir. Apardığımız araşdırma zamanı məlum olub ki, hazırda Abşeron rayonu kimi böyük abonent tutumuna malik olan İdarə, eləcədə paytaxtın Nərimanov rayonun baş mühəndisləri məhz Köçəri müəllimin tələbə yoldaşları, onun yaxın adamlarıdır. 

Məlumatda o da qeyd olunur ki, K.Həsənov hazırda işə qəbul prosesi olmasa belə əslən Saatlı və İmişlidən olan kardların yüksək vəzifəyə təyin olunmasında rol oynayır. Digər regionlardan olan, və ixtisaslı kadrlar isə prosesdən kənarda qalır. Hətta buna görə, K.Həsənov məhkəməyə də verilib. 
Məsələ ilə bağlı sayt olaraq araşdırmalarımız davam edir. Növbəti yazılarımızda K.Həsənovun kard siyasəti barəsində daha geniş yazı ilə oxucuların görüşünə gələcəyik. 

P.S. Sabahinfo.az saytı olaraq məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.