AzTV-də kadr dəyişikliyi

"İdman Azərbaycan” kanalının baş direktoru Elsevər Dünyamalıyev işdən çıxarılıb. Bu barədə  "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV)mətbuat xidmətindən bildirilib. E. Dünyamalıyev Azərbaycan Televiziyasının baş proqram direktoru təyin olunub: "İdman Azərbaycan” kanalına rəhbər təyin olunana qədər adıçəkilən kanala rəhbərlik də müvəqqəti olaraq E. Dünyamalıyevə həvalə olunub”.

Lent.az-ın əldə etdiyi daha bir məlumata görə, dövlət kanalında "Kino klubda görüş” kimi verilişlərin rejissoru, uzun illər AzTV-də bədii rəhbər vəzifəsində çalışan Etibar Babayev də vəzifəsindən azad edilib.