"125-lər” Siyasi Klubunun sabiq sədr müavini, hüquqşünas Günel Səfərova Ümid Partiyasının sədri İqbal Ağazadəyə qarşı sərt addım atıb.
AzNews.az xəbər verir ki, o, 90 Saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisinə keçiriləcək təkrar seçkilərdə İ.Ağazadəni deyil, Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovu dəstəklədiyini açıqlayıb:"YAP tərəfindən namizəliyi irəli sürülən Cavid Osmanova seçkilərdə dəstək verirəm və bir gənc kimi onun təmsil etdiyi rayona daha çox tövhə verəcəyi qənaətindəyəm. O, rayonu daha yaxşı tanıyır, yerli sakinlərin problemlərinə bələddi. Əksəriyyət kimi mən də inanıram ki, Cavid Osmanov Ağdaş üçün daha çox iş görəcək”.
90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi irəli sürülən İqbal Ağazadə AzNews.az-a açıqlamasında G.Səfərovanın seçiminə hörmətlə yanaşdığını bildirib. O, seçicilərin daha nağıllara inanmadığını vurğulayıb:"Münasibətlərdən çox razıyam. Heç bir problemimiz yoxdur. Cavid Osmanov 10 il icra hakimiyyətinin birinci müavini olub. Deputat da iş görəndə həmin icra strukturları qarşısında məsələ qaldırır. Cavid Osmanov elə bu 10 ildə Ağdaş seçicilərinin illərlə yığılan problemlərini həll edəydi də. Nə mane olurdu ki? Elə kənd var ki, Cavid Osmanov ora namizəd olduğu dövrdə gedib. Halbuki icra başçısının müavini olaraq həmin kəndlərlə birbaşa işləməliydi. Getdiyi kəndlərdə Cavid Osmanovu görən olmayıb. Bunu seçicilər və rayon vətəndaşları deyir”.
İ.Ağazadə qeyd edib ki, C.Osmanov Ağdaş icra hakimiyyətinin birinci müavini olanda işləməyibsə, 5 il deputatlıq dövründə işləyəcəyi inandırıcı görsənmir:"O, seçiciyə nə verəcək? Seçicini kim nəylə aldatmaq istəyir? Kim nəylə seçicini başa sala bilər ki, 10 il işləməyən şəxs bundan sonra sizə işləyəcək? Seçici onu gözəl bilir. Seçici bilmir ki, onun yol, su, qaz problemini icra strukturları həll etməlidir? Seçici onu da bilir ki, Cavid Osmanov bunu həll etməyib, o, ümumiyyətlə, insanları qəbul etməyib. Onun otağı insanların üzünə bağlı olub”.