"Çox sevincliyik. İnşallah bu qələbəmiz 16-lığa düşməyimizə yetərli olar. Əvvəlki iki oyuna görə ünvanıma söylənilənlərə görə də halımı dəyişməmişəm. Milli komandada 90 oyun keçirmişəm. Pis oynadığım 5 oyun göstərsinlər, bütün sərvətimi verim. Mən heç vaxt pul hərisi olmamşam”.
"Azərfaks”xəbər verir ki, bunu Türkiyə millisinin kapitanı Arda Turan Çexiya ilə oyundan sonra qardaş ölkə mediasına verdiyi açıqlamada deyib. O, əvvəlki qarşılaşmalarda pis oynadıqlarına görə ünvanlarına söylənilən ittihamları qəbul etdiyini, lakin pul hərisi olduqları barədə deyilənlərlə razılaşmadığını vurğulayıb:"Bu komanda istənilən ölkənin yığmasını yenə bilər. Amma biz futbol oynayırıq, idmanla məşğuluq, uğurlar olduğu kimi uğursuzluqlar da olur. Lakin bu heç kəsə haqq vermir ki, futbolçuların ailəsini də narahat etsin. Mənim anamın da göz yaşlarına səbəb oldular, onu ağlatdılar. Bunun hesabını tək-tək soracam və heç vaxt bağışlamayacam”.