Gürcüstan hökuməti ilə imzalanmış memorandum çərçivəsində Azərbaycanın "SOCAR" dövlət neft şirkəti Gürcüstanın sosial sektorunda fasiləsiz qaz təminatını tam şəkildə həyata keçirir.
Gürcüstanın energetika naziri Kaxa KaladzeTrend-ə müsahibəsində bildirib:
"Azərbaycan iki boru kəməri vasitəsilə Gürcüstanın tələbatını demək olar ki, tam təmin edir. Bu qaz boruları ilə Azərbaycan Gürcüstana sutkada təxminən 10,5-11,5 milyon kubmetr qaz tədarük edir. "Şah Dəniz-2" layihəsi çərçivsəidnə bu həcmin daha da artacağı gözlənilir".