"Barselona" 28-ci dəfə İspaniya Kubokunun sahibi oldu

İspaniya kubokunda final oyunu keçirilib.

Sabahinfo.az-ın məlumatına görə, oyunda "Barselona" və "Sevilya" qarşılaşıb.

Madrid şəhərində keçirilən qarşılaşma kataloniyalıların 2:0 hesablı qələbə isə başa çatıb. Qollar əlavə vaxtda - 97-ci (Xordi Alba) və 122-ci (Neymar) dəqiqələrdə vurulub.

Qeyd edək ki, "Barselona" bu mövsüm La Liqanın, "Sevilya" isə Avropa Liqasının qalibi olub.