"I Avropa Oyunları zamanı insanların sağlamlığı ilə bağlı kütləvi problem olarsa..."

I Avropa Oyunları zamanı insanların sağlamlıq vəziyyəti ilə bağlı kütləvi problem olsa, onlar əvvəlcədən müəyyənləşdirilmiş tibb müəssisələrində hospitalizasiya ediləcəklər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar keçirilən kollegiya iclasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bildirib ki, xəstənin vəziyyəti ağır olduqda təcili yardım xidməti onu ən yaxın səhiyyə müəssisəsinə çatdıracaq: "Xəstənin vəziyyəti ağır olduqda təcili yardım xidməti onu ən yaxın səhiyyə müəssisəsinə çatdıracaq. Ona görə də bütün xəstəxana, klinika, mərkəz rəhbərləri işlərinə məsuliyyətlə yanaşmalıdırlar”.

O.Şirəliyev I Avropa Oyunları zamanı ölkəmizə idmançılarla yanaşı çoxsaylı izləyicilərin, media mənsublarının və digər qonaqların gəlməsilə əlaqədar olaraq, tibb müəsisələrinin hər birinin gərgin iş rejimində fəaliyyətə hazır olmalarına xüsusi göstəriş verib.