Xorvatiya millisinin və Madrid "Real”ının futbolçusu Luka Modriç faciə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin qaçırılan xalası qızı qətlə yetirilib.
Salvadorda yaşayan 40 yaşlı Susanna Modriçin cəsədi avtomobilin yük yerindən tapılıb. Mərhumun 2 övladı qalıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Üzləşdiyi faciə Modriçin futbol həyatına təsir etməyib. O, Çempionlar Liqasının 1/4 final mərhələsində "Volfsburq”la cavab oyununa çıxıb və komandası 3:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.