Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni dövlət çevrilişi cəhdinin ola biləcəyini bildirib.
Bu barədəAzVision.az`Reuters`-ə istinadən xəbər verir.
Ərdoğan vurğulayıb ki, bundan sonra ölkə rəhbərliyi daha diqqətli olacaq.
"Bir şey aydındır ki, bizim kəşfiyyatımızda ciddi boşluqlar və çatışmazlıqlar var, onları gizlətmək və inkar etməyin mənası yoxdur”, - deyə prezident bəyan edib.
Ərdoğan, həmçinin yaxın vaxtlarda Silahlı Qüvvələrin tərkibində yeni strukturun yaradılacağını qeyd edib.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub. Hadisə nəticəsində 246 nəfər ölüb, 2185 nəfər yaralanıb. Ölkə rəhbərliyi çevriliş cəhdi ilə bağlı 6 mindən çox insanı tutub. Onlardan 103-ü generaldır.