"Barselona”nın futbolçusu Arda Turan komandasının bu gün səhər keçirilən məşqində iştirak etməyib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, qastrit səbəbindən hazırlığa qatılmayıb.
Qeyd edək ki, Arda cəzalı olduğundan "Valensiya” ilə çempionatın son oyununu buraxıb. Onun "Deportivo” ilə növbəti matçda iştirak edib-etməyəcəyi oyundan öncə bəlli olacaq.