Avropa Liqasında yarımfinalın püşkü atıldı

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinalın cütlükləri müəyyənləşib.

"Şaxtyor" finala gedən yolda"Sevilya", "Vilyareal" isə "Liverpul"la qarşılaşacaq. "Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə) cütünün qalibi finalda nominal meydan sahibi olacaq.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin oyunları 28 aprel - 5 may tarixlərində keçiriləcək. Final matçı isə mayın 18-də İsveçrənin "Sent Yakob Park" arenasında baş tutacaq.


Avropa Liqasında yarımfinalın cütlükləri:

"Şaxtyor" (Ukrayna) - "Sevilya" (İspaniya)

"Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə)