Azad Rəhimov dünya çempionunun toyunda - Fotolar

Ötən gün dünya çempionu Rafael Ağayevin toyu olub.

Şəhər restoranlarından birində baş tutan toyun aparıcısı Zaur Nəbioğlu olub. Məclisi müğənni kimi Rəşad İlyasov idarə edib.

Mərasimdə ilk olaraq Azərbaycan Dövlət Himni səsləndirilib.

Məclisdə karateçinin yaxınları, idmançı dostları, sənətçilər iştirak ediblər.

Toy mərasiminə Gənclər və idman naziri Azad Rəhimov da qatılıb.

Qeyd edək ki, R.Ağayevin ancaq kişilər üçün keçirdiyi toy aprelin 17-də olub.