Bakıda Velo yürüş təşkil ediləcək

"İRƏLİ” İctimai Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatı dəstəyi ilə Velo yürüş təşkil edəcəkdir.

İRƏLİ” İctimai Birliyi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətini dəstəkləyir, bu siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatı olaraq fəaliyyət göstərir. "İRƏLİ” İctimai Birliyi gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən gənclər təşkilatdır.

Xalqımız uzun illərdən bəri həsrətin çəkdiyi azadlığına qovuşmasının artıq 25 illiyini qeyd edəcək. Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır. Müstəqillik, azadlıq müqəddəs nemətdir. Xalqımız bu günün yolunu illərlə gözləyib, mübarizə aparıb, minlərlə şəhid verib. Özləri bir salnamə, tarix yaratmağa qadir olan, bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi dühalar isə bu müstəqilliyi elə dediyi kimi sarsılmaz, əbədi etdi.

"İRƏLİ” İctimai Birliyi, gənclər üçün faydalı olan velo yürüşü bu il də, Azərbaycanın şöhrətli günlərindən hesab olunan Müstəqillik gününə həsr edəcək.

"İRƏLİ” İctimai Birliyi, Azərbaycan Velosiped İdman Federasiyasının və Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatı dəstəyi ilə "Azərbaycan Dövlət Müstəqillik" gününə həsr olunmuş velo yürüş keçiriləcəkdir. 23 oktyabr saat 11:00-da baş tutacaq "Azərbaycan Dövlət Müstəqilliyi Günü” Velo yürüşü Bayraq meydanında start götürəcək və Heydər Əliyev Mərkəzində başa çatacaqdır.

Qeyd: Velo yürüşdə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olub, qeydiyyatdan keçə bilərlər.

https://www.facebook.com/events/1845388515680497/?active_tab=about