Belçikada I Avropa oyunlarının təqdimatı olacaq

Bu gün Belçikanın paytaxtı Brüsseldə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Gənclər və İdman Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, bu məqsədlə nazir Azad Rəhimov bu ölkəyə rəsmi səfərə yola düşüb. Brüsselin "Egmont” Sarayında baş tutacaq qala gecədə A. Rəhimovun, Beynəlxalq Olimpiya Komitəsinineks prezidentiJacques Rogge, Belçika Olimpiya komitəsinin prezidentiPierre-Olivier Beckers və Avropa Parlamentinin vitse prezidentininçıxışları nəzərdə tutulub.


Təqdimat mərasimi çərçivəsində qonaqlaraBakı 2015 Avropa oyunlarına hazırlıqla bağlı video çarx və foto sərgi nümayiş olunacaq.


Səfərin ikinci günü, 15 apreldə isə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi Avropa parlamentində gerçəkləşəcək.Mərasimində A. Rəhimov, Avropa Parlamentinin üzvü İlham Kyuçyuk, Azərbaycanın Belçika krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü Mark Tarabella və Avropa Parlamentinin bir sıra üzvləri və digər rəsmi şəxslər iştirak edəcək.Dəyirmi masa ətrafında keçiriləcək təqdimat mərasimdə Bakı 2015 Avropa oyunları ilə yanaşı, Azərbaycan və Avropa Parlamenti arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar əsasında yeniliklərin əldə olunması və digər mövzular müzakirə olunacaq.