Benzema Avropa çempionatına getməyəcək

Avropa çempionatında dünyanın ən güclü hücumçularından biri hesab olunan Kərim Benzema olmayacaq.

 "Real Madrid" klubunun və Fransa yığmasının futbolçusu Kərim Benzemanın "Avro-2016" üçün Fransa millisinə çağırılmayacağı dəqiqləşib.

Kərim Benzema Avropa çempionatında yığma komandaya dəvət olunmamasını "Tvitter" hesabında yazıb: "Məni sevən insanlara üzülərək bildirmək istəyirəm ki, "Avro-2016" üçün Fransa millisinin heyətində yer almayacam". Əslən əlcazairli olan futbolçunun yığma komandaya çağırılmamasının səbəbi millidəki komanda yoldaşı Matyö Valbueni şantaj etməsi olub. Ulduz futbolçu polis şöbəsində dindirilib. Benzema "Lion"un yarımmüdafiəçisi Matye Valbuenanı təhdid etdiyini boynuna alıb. Bu hərəkətinə görə "Kral Klubu"nun futbolçusu, 2015-ci ildə Fransa millisindən kənarlaşdırılıb.

Avropa çempionatı bu yay Benzemanın vətəni Fransada keçiriləcək. Turnir iyun ayının 10-da başlayacaq. 1 aydan sonra Parisin "Stad de Frans" meydanında çempionatın final oyunu keçiriləcək. Turnirin son qalibi İspaniya yığmasıdır. 2012-ci ildə ispanlar İtaliya yığmasını məğlub edərək çempion olmuşdular.

anspress