FİFA-nın keçmiş prezidenti Yozef Blatterin açıqlaması sensasiya yaradıb.
Sabiq rəhbər futboldakı püşkatmalarla bağlı "La Nacion” nəşrinə müsahibə verib.
O bildirib ki, UEFA-da keçirilən püşkatmalarda saxtakarlığa yol verilib. Baltter iddia edir ki, belə hallar uzun illər rəhbərlik etdiyi FİFA-da olmayıb, amma Avropa səviyyəli püşkatmalar zamanı nəticəni əvvəlcədən müəyyənləşdirmək mümkün olub. Blatter bildirib ki, bunun üçün sonradan səbətə atılan şar soyuducuda dondurulurmuş. Bundan sonra istənilən komandanın adı olan kağız dondurulmuş şara salınır və nəticədə püşk səbətinə dondurulmuş və isti şar qoyulurmuş. Bunun sayəsində də püşkatmada maxinasiyaya yol verilirmiş.
"Əllə ani toxunuş kifayət edirdi ki, isti ilə soyuq şarı ayıra biləsən. Mən Avropa turnirlərindən birindəki püşkatmada şəxsən belə hala şahid olmuşam”, - deyə Blatter bildirib.
Blatter DÇ-2014-ün püşkatma mərasimində saxtakarlıq edildiyinə dair suala cavabında belə bir hala yol vermədiklərini iddia edib.