BMT-nin nümayəndə heyəti Azərbaycana səfər edəcək

İşgəncələrin Qarşısının Alınması Üzrə BMT-nin Alt Komitəsinin (AK) nümayəndə heyəti aprelin 16-24-də Azərbaycana səfər edəcək. Bu barədə Bakı ofisindən bildirilib.


Dörd nəfərlik heyətə rəhbərlik edən Ayşə Şujun Muhamməd qeyd edib ki, ölkədə fəaliyyət göstərən istənilən azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz giriş üçün imkanın yaradılacağına dair Azərbaycan hökumətindən zəmanət alınıb. Doqquz günlük missiya zamanı nümayəndə heyəti azadlıqdan məhrumetmə yerlərini ziyarət edəcək.

Səfər çərçivəsində Azərbaycan rəsmiləri, digər maraqlı tərəflərlə görüşlərdən sonra nümayəndə heyəti azadlıqdan məhrum edilmiş şəxslərə qarşı işgəncə və pis rəftarın qarşısının alınması ilə bağlı müşahidə və tövsiyələrindən ibarət məxfi hesabatını Azərbaycan hökumətinə təqdim edəcək.