"Bakıda olmaqdan çox məmnunam. Bakını hər səfərimdə daha inkişaf etmiş, parlayan bir şəhər kimi görürəm və qürur duyuram. Buna görə də başda prezident İlham Əliyev olmaqla, xidməti olan hər kəsi təbrik etmək istəyirəm”.
Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül deyib.
Azərbaycan və Türkiyənin bir millətin parçası olan dövlətlər olduğunu vurğulayan A. Gül bildirib ki, hər iki ölkə bir-birinin uğurları ilə daima qurur duyur: "Bakıda keçirilən III Qlobal Forumda iştirak etməkdən böyük məmnuniyyət duyuram. Tədbirdə önəmli dövlət xadimləri var. Bu insanları Bakıya toplamaq və belə bir tədbir keçirmək böyük bir uğurdur. Bununla Azərbaycan dünyada daha da tanınır. Şübhəsiz ki, bu forumda iştirak edən insanlar sonradan Azərbaycan haqqında daha yüksək fikirdə olacaqlar və Azərbaycanla bağlı məsələləri xaricdə dəstəkləyəcəklər”.
Türkiyənin sabiq prezidenti "Eurovision” mahnı müsabiqəsi kimi, I Avropa Oyunlarının da Bakıda keçirilməsinin böyük uğur olduğunu qeyd edib: "Azərbaycanın "Eurovision” mahnı müsabiqəsində birinci yeri tutması türk dünyasını sevindirmişdi. İqtisadi inkişaf, yeni layihələr təqdir olunmalıdır”.
Türkiyənin sabiq prezidenti tədbirdəki çıxışında onu da bildirib ki, ikili standartlarla Cənubi Qafqaz bölgəsində sülhə nail olmaq mümkün deyil.
A. Gül qeyd edib ki, foruma qatılan siyasətçilər, dövlət adamları bəlkə də indiyə qədər barəsində çox məlumatlı olmadıqları ədalətsizliyi və haqsızlığı yerində öyrənirlər: "İnanıram ki, bu siyasətçilər, dövlət adamları Azərbaycandan getdikdən sonra həm ölkələrində, həm də qatıldıqları tədbirlərdə, platformalarda Azərbaycanın haqq davasına dəstək verəcəklər”