İngiltərə Premyer Liqasının lideri "Lester"in futbolçusu Ceym Vardinin cəzası artırıla bilər.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun "Vest Hem"ə qarşı matçda qırmızı vərəqə aldıqdan sonra qarşılaşmanın hakimi Con Mossa etdiyi qeyri-etik hərəkətdir.
C.Vardi hakimə qarşı yanlış hərəkət etdiyini qəbul edib. Onun bu etirafından sonra daha 2 oyunluq cəzalandırıla biləcəyi vurğulanıb. Belə olan halda "Lester" həmin cəzaya etiraz etməyəcəyini açıqlayıb.
C.Vardi cəzalansa, İngiltərə Premyer Liqasında "Mançester Yunayted"lə vacib oyunda iştirak edə bilməyəcək.