"Transanadolu Qaz Kəməri" (TANAP) layihəsi istər Türkiyə üçün, istərsə də Avropa üçün həddən artıq vacibdir.
Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib.
O qeyd edib ki, Avropanın qazla təchiz olunması ilə yanaşı, TANAP regionun inkişafına da xidmət edəcək.
TANAP "Şahdəniz" yatağından çıxarılan Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. Türkiyəyə ilk qazın 2018-ci ildə çatacağı proqnozlaşdırılır. Layihənin inşaat işlərinin 2020-ci ilə qədər tam başa çatacağı gözlənilir.